Vüqar Gülməmmədov tenderlərlə bağlı nə demək istəyib - İqtisadçı açıqladı

Vüqar Gülməmmədov tenderlərlə bağlı nə demək istəyib - İqtisadçı açıqladı 

Azərbaycanda keçirilən tenderlər və dövlət satınalmaları iqtisadiyyatımızın problemli sahəsi olaraq qalmaqdadır.

Azpolitika.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun son çıxışına istinadla maraqlı paylaşım edib.

 N. Cəfərli qeyd edib: “Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sitat: “Dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40%-dən çoxunda icra müddətində edilmiş dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun və satınalanların xeyrinə deyildir. Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır”.

Adam bundan artıq nə desin ki?! Sadə dilə tərcüməsi budur ki, dövlət büdcəsindən maliyyələşən təmir-tikinti işlərində müqavilə bağlanır, amma, sonra görülən işin, alınan materialların qiyməti şişirdilir, hər 10 müqavilənin 4-ündə belə hal baş verir və tender şərtləri, tenderi udanların xeyrinə pozulur.

Hə, mən onu da əlavə edim ki, çox zaman tender keçirən də, tenderi udan da eyni şəxs(lər) olur.

Yaxşı, indi sual yaranır – bu hallara görə indiyədək neçə məmur, vəzifəli şəxs cəzalandırılıb?”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi