Ankara-Vaşinqton-Moskva üçbucağı üçün gərgin ay:Türkiyə hava hücumlarını davam etdirəcəkmi? - Təhlil

Ankara-Vaşinqton-Moskva üçbucağı üçün gərgin ay:Türkiyə hava hücumlarını davam etdirəcəkmi? - Təhlil 

Türkiyənin Suriya və İraqın kürd bölgələrinə hava zərbələrinə bütün dünya qaş qaldırdı.

Malatya hava bazasından havalanan otuz F-16 təyyarəsi Sincarda və Suriyanın şimalında YPG-yə məxsus komanda-nəzarət obyektləri, radiostansiya və media mərkəzinə lazer nişangahlı 2000 kiloluq bombalar atdı.

Şübhəsiz ki, Suriyanın şimalında vəziyyət çox ağırlaşıb. YPG və Türkiyə ordusuarasında Təl-Rifaat, Təl-Cibrinin, Qari Baba, Derbisi və Maranez sahələrində ciddi qarşıdurmalar qeyd alınıb və Türkiyə 155 mm artilleriya ilə daim sərhəd ərazilərinə zərbələr endirir.

Aprelin 26-da YPG-lilər tank əleyhinə minaatanlarla Hatay, Kilis və Mardində türk sərhəd zastavalarına dörd dəfə atəş açıblar və iki türk əsgər yaralanıb, iki tank və digər vasitələr zərər görüb.

Bu döyüşlərin ciddi toqquşma doğuracağı narahatlığa səbəb olur.

İraq və Suriyada PKK hədəflərinə zərbələr ilk sinxron, koordinasiya edilmiş hava əməliyyatları idi. Onu elan edərkən, Ankara rəsmiləri bəhanə kimi digər tərəfi hər hansı bir hücumda günahlandırmaq ehtiyacı hiss etmədi. Baş qərargah rəisi Hulusi Akar ilk şərhində aydın şəkildə dedi: "Əməliyyatlar təhlükə sovuşdurulana kimi davam edəcək. Biz vəziyyəti qiymətləndirəcək və müvafiq qərar qəbul edəcəyik".

Ankara Suriyanın şimalında və İraqda PKK bağlı kürd silahlı qruplarla əməkdaşlıq niyyətlərində ABŞ-ın ciddiliyini yoxlayır. Həm də Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında planlaşdırılan və çox gözlənilən 16 May görüşü ərəfəsində.

Bu əməliyyatlar davam edəcəkmi? 

Rusiya qərbdə və ABŞ Fərat çayının Sincardan qərbdəki hava məkanına nəzarət edir. Türkiyənin quru əməliyyatı gözlənilmir. Amma Türkiyə-İraq sərhədindəki Avaşin-Basyan, Zap və Hakurk dağlıq rayonlarda müttəfiq kürd peşmərgə qüvvələrinin iştirakı olmadan belə quru əməliyyatı mümkündür.

Əgər ABŞ və Rusiya Suriyanın şimalında və Sincar üzərində uçuşa qadağan bölgə elan edərsə və onu hava patrulu ilə təmin edərsə, Türkiyə ABŞ və Rusiyanı xəbərdar etməklə, PKK-nın həfdəflərinə hava hücumlarını davam etdirəcəyi gözlənilir.

Bu halda, həmin uçuşa qadağan bölgəyə daxil olan türk təyyarələrinin qarşısını almaq cəhdləri Türkiyədə, İncirlik hərbi hava bazasından havalanan ABŞ təyyarələrini izləmək maraqlı olacaq. Amma Suriya və İraq üzərində uçuşa qadağan bölgə Türkiyə təyyarələrinə tətbiq olunarsa, Türkiyə koalisiya təyyarələri üçün öz hava məkanını bağlayacaqmı? Bu, çətin məsələdir.

Türkiyənin hava hücumlarına Rusiyanın təpkisi maraqlı idi. Moskva Dövlət Universitetinin siyasi elmlər üzrə eksperti Kərim Has "Al-Monitor"a bildirib: "Kremlin gözləmə mövqeyi tutmasının ilk səbəbi ABŞ-Türkiyə münasibətlərində gərginliyin yarana biləcəyi idi. Ankara və Vaşinqtonun bəyanatlarını eşitdikdən sonra Rusiya səsini çıxardı. Çünki YPG ilə məsələ Birləşmiş Ştatlar və Türkiyə arasında əlaqələrin pozulaması və Türkiyənin NATO-dan çıxışını sürətləndirə bilər və bu, Moskva üçün strateji mənfəətdir. Ərdoğan və Putin mayın 3-də görüşəcək, həmin görüşədək Suriya məsələsində Rusiyanın əli möhkəmlənib. Rusiyanın asta təpkisinin ikinci səbəbi isə budur: Moskva PYD/YPG-nin Rusiyadan asılılığını çoxaltmaq istəyir".

Rusiya Xarici İşlər Nazirliyinin ilk təpkisinin ardınca, Türkiyənin hücumlarından iki gün sonra bunun "qəbuledilməz" olduğunu bildirməsi məhz bu cür izah edilir.

Amma Rusiyanın rəsmi təpkisində iki mühüm məqam var: birincisi, İraq və Suriya kimi suveren dövlətlərin icazəsi olmadan hava hücumları həyata keçirilməsinə görə Türkiyə tənqid edilir; ikincisi, Rusiya PYD / YPG güclərini terror yox, "həqiqətən mübariz" təşkilatlar hesab edir. 

Bu halda, Moskvanın PYD/YPG-yə münasibəti Vaşinqtonun mövqeyi ilə ilə üst-üstə düşür. PYD/YPG qüvvələrinə Rusiyanın güclü dəstəyi və Afrində artan hərbi varlığı kürdlərin nəzarətindəki Mənbici almaq istəyən Türkiyənin istəyinə və onun "Fərat qalxanı" əməliyyatını sona çatdırmasına maneədir.

"Digər məsələlərdə fikir ayrılıqları olsa belə, Birləşmiş Ştatlar və Rusiya maraqlarının daha konkret və ciddi yaxınlaşmasına doğru hərəkət edir. Rusiya Suriyanın şimalında artıq uçuşa yasaq təkliflərinə yaşıl işıq yandıra bilər, halbuki əvvəllər bunun əleyhinə idi", – deyə Kərim Has bildirib.

Rusiya Putin və Ərdoğan arasında 3 May görüşünə hazırlaşarkən, mayın 16-da olacaq Tramp-Ərdoğan görüşünədək Ankara Vaşinqtondan aydın mesaj gözləyir.

Bəli, may ayı Ankara-Vaşinqton-Moskva üçbucağı üçün gərgin olacaq.

Mətin Gürcan

"Al-Monitor"


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi