BAŞQIRDLAR RUSİYADA AYAĞA QALXDI – Əraziyə OMON qüvvələri gətirildi

BAŞQIRDLAR RUSİYADA AYAĞA QALXDI – Əraziyə OMON qüvvələri gətirildi 

Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində etiraz aksiyası keçirilib.

AzPolitika.info xəbər verir ki, bu gün başqırd fəal Fail Alsınovun həbsinə etiraz etmək üçün məhkəmə binasının qarşısına bir neçə min nəfər şəxs toplaşıb.

Əhali ilə polis qüvvələri arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.

Daha sonra əraziyə OMON qüvvələri cəlb olunub və aksiya iştirakçıları məhkəmə ərazisindən uzaqlaşıdırılıblar.

Məlumata görə, başqırd fəal Fail Alsınov Rusiyanın Ukraynadakı işğalına qarşı çıxdığına görə həbs edilib. Qeyd olunur ki, məhkəmə Alsınovu ekstremizm yaymaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi