Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi 

İctimai fəal Bəxtiyar Hacıyev barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə bu gün baxılıb.

Vəkil Aqil Layıc yaydığı məlumata görə, B.Hacıyev həbs qərarı qüvvədə qalıb.

 Şikayətə hakim Zəki Babayevin sədrliyi ilə baxılıb.

 Qeyd: B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanılıb.

 Xətai Rayon Məhkəməsində B.Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi