Fatma Abdullazadənin kadrı çətin durumda –

Fatma Abdullazadənin kadrı çətin durumda – “Miranşah”, “Lotos-MQ 2012” MMC-lər kimə məxsusdur?

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə bağlı informasiyalar səngimək bilmir. Bir müddət əvvəl Mərkəzi Elmi Kitabxanada ümumi dəyəri 122.567 min manat olan 113 ədəd noutbook və kompüterin oğurlanması ilə gündəmə gələn xanım sən demə,vaxtilə “Soros fondu”nun əməkdaşı da olub.

 İxtisasca həkim olan Leyla İmanova tibb sahəsində deyil, AMEA-da çalışmağa başlayıb. Bir müddətdən sonra qohumları vasitəsilə Prezident Administrasiyasının Humanitar Məsələlər üzrə sabiq şöbə müdiri Fatma Abdullazadə ilə münasibət yaradıb və  sonradan  onun vasitəsilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunub. Fatma Abdullazadəyə arxalanan kitabxana direktorunda o dərəcədə arxayınçılıq yaranıb ki, Leyla İmanova qardaşının kürəkəni, həyat yoldaşı Nazim İmanovun isə bacısı oğlu Ruzi Məmmədovu Yüksək Texnologiyalar və Layihələr üzrə direktor müavini təyin edib. Kitabxana işindən xəbərsiz Ruzi Məmmədov isə dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə direktor müavini təyin etdirib. Məsələ o həddə çatıb ki, Leyla İmanova bibisi oğlu İbad Əliyevi də özünə müavin gətirib. Rəqəmsallaşma şöbəsinə xalaoğlu, kitabxana xidməti şöbəsinə rəfiqəsi Aygün Səfərova rəhbər təyin edilib. Bu təyinatlar AMEA-nın vitse- prezidenti, bu sahəyə birbaşa məsul şəxs İsa Həbibbəyli ilə razılaşdırılmayıb. Bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, Fatma Abdullazadə faktoru hamını susmağa vadar edib. Elə hər şey də bundan sonra başlayıb. Kitabxana işini bilənlər sıxışdırılıb, narazı salınıb və işdən çıxarılıb. İşdən çıxarılan onlarla peşəkar kadrları Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsində təhsil almış peşəkarlar deyil, Leyla İmanovanın peşəkarlıqdan uzaq şəxsi maraqlar naminə  işə götürülən “komanda”sı əvəz edib. 

Hazırda 200-ə yaxın işçidən 10 nəfər mütəxəssisi olan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovanı bu müşkül məqamda İsa Həbibbəyli nədənsə müdafiə edir, onun əməllərinə göz yumur. Digər tərəfdən 122.567 min manat dəyəri olan kompüterləri kitabxanada fəhlə işləyən Ələkbərov Orxan Xələf oğlu tərəfindən oğurlanması hadisəsi də müəmma doğurur. Çünki, 12 avqust 2018-ci il tarixində kitabxananın direktor müavini Fuad Aslanov Yasamal rayon Polis İdarəsinə 3 ədəd noutbook oğurlanması ilə bağlı ərizə təqdim etdiyi halda, 4 sentyabr 2018-ci il tarixində direktor Leyla İmanova ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və noutbook oğurlanmasına dair məlumat verib. Qəribədir ki, müavin və direktorun Yasamal rayon Polis İdarəsinə təqdim etdikləri ərizələr 23 gün fərqlə təqdim olunub və tamam fərqli rəqəmlərlə əhatələnib. Hadisədən sonra oğurlanmış avadanlıqların yerinə AMEA-nın zirzəmisində toz basmış “Kür” kompüterləri qoyulub. Bu vəziyyət belə fikir söyləməyə əsas yaradır ki, ya Leyla İmanova oğurluğun miqyasından xəbərsiz olub, ya da ki, baş verən bu oğurluq hadisəsini hansısa səbəbdən kimlərsə gizlətmək istəyib.

Çünki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 617 №-li sərəncamına əsasən, tərtib olunmuş məktubda polisə fərqli müraciətlərin olunduğu vaxt var.Eləcə də, vitse- prezident İsa Həbibbəylinin 16 sentyabr 2018-ci il tarixli təqdimatına əsasən, 02 oktyabr 2018-ci ildə “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” iclasda Leyla İmanovaya töhmət verilməsi, müavinlərin işdən çıxarılması barədə qərar qəbul edilib. Yenə hansısa müəmmalı səbəbdən icrası barədə AMEA-nın Rəyasət Heyəti Aparatının kadrlar şöbəsinə bu günkü günə qədər məlumat verilməyib. “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” AMEA-nın Həmkarlar İttifaqının sədri Habil Qurbanovun özü belə loyal münasibət göstərib, Leyla İmanovanı müdafiə etmək yolunu tutub. Yəni, "ciddi intizam, tənbeh tədbirlərinin görülməsi barədə” razılaşdırılan qərar  nəticəsiz qalıb. Bütün bunlar ümumi bir qənaətə söykənərək fikir yürütməyə əsas yaradır ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında kompleks maliyyə yoxlamaları aparılmalıdır. Belə olarsa, orada nələrin baş verdiyi, “ailə ansamblı”nın hansı səbəbdən formalaşdırıldığı da əhəmiyyətli şəkildə müəyyənləşər. Çünki, oğurlanan noutbooklar və komüterlər aysberqin görünən tərəfidir. 

Yəni, bir fəhlə təkbaşına o qədər avadanlığı necə oğurlayıb, harada gizlədib, həmin kompüterlərin, noutbookların yerinə nə səbəbə köhnə “Kür” kompüterləri qoyulub və s.Bu məsələlərin  hamısı müəmmalı olaraq qalır, ziddiyyət doğurur. Digər tərəfdən isə, müəyyən suallar yaranır ki, niyə Mərkəzi Elmi Kitabxananın direktoru və mühasibi kitabxanaya ayrılan dövlət vəsaitlərini il ərzində “Miranşah” və “Lotos-MQ 2012” MMC-lərə köçürür. Bu MMC-lər kimə məxsusdur, eləcə də köçürülən dövlət vəsaitləri müqabilində “obnaliçka” olunan pullar kimlərə çatır. 

Həmçinin, AMEA Mərkəzi Elmi Kitabxanasında işləyən bir çox əməkdaş oğurluqdan əvvəllər niyə işə çıxmayıb, nə səbəbə onlar virtual işləyənlər adı altında sığortalanıb. Bəlkə, onlar virtual işçi adı altında “ölü canlar” olub? Nə səbəbə oğurluqdan əvvəl Mərkəzi Elmi Kitabxana  görülən işləri sosial şəbəkələrdə paylaşmayıb,belə məsələlər yalnız indi  yada düşüb. O cümlədən, daxili yoxlama niyə indi təşkil edilib?  Bəlkə, kitabxana rəhbərliyi elə başa düşür ki, hazırda ştrix kodla apardığı yoxlamanın nə məqsəd daşıdığı bəlli deyil?

Artıq oğurluqdan sonra o da aydın olub ki, kitabxana rəhbərliyi vəzifəsini layiqincə yerinə yetirməyib. Yəni, Mərkəzi Elmi Kitabxananın ümdə işi elmin informasiya təminatı olmalı olduğu halda, orada başqa işlərlə məşğul olublar, başları MMC-lərə qarışıb, görülən işlərin sosial şəbəkələrdə paylaşılması belə yaddan çıxıb. İndi birdən ağıla gəlib ki, kitabxananın rəhbərliyinə qorunması tapşırılan xeyli miqdarda nadir və qiymətli elmi nəşrlər də “itib”...

Yoxsa, nədən ilin, günün bu vaxtı Mərkəzi Elmi Kitabxananın direktoru nələrin itdiyini bilmək üçün bütün işlərini kənara ataraq, 2015-ci ildən bu yana kitabların yerində olub-olmamasını bilmək istəsin, balansa götürdüyü xeyli miqdarda nadir və qiymətli elmi nəşrləri ştrix kodla axtarsın, daxili yoxlama aparsın. Demək ki, orada başqa nələrinsə də oğurlanmasına dair şübhələr mövcuddur.

Belə çıxır ki, AMEA-nın  Mərkəzi Elmi Kitabxanasında elmi kitabların gələcək nəsillərə çatdırılması, mübadiləsi, qorunması məsələsi  heç də etibarlı əllərdə deyil.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi