HEYDƏR ƏLİYEV SİYASƏTİ:

HEYDƏR ƏLİYEV SİYASƏTİ: Utopiyadan, populizmdən uzaq bir şəkildə...

Bu gün siyasət sahəsində əsrnin klassiki saylan ,müsəlman şərqi və bütün mütərəqqi fikirli insanların vahid məhəbbət hissinə çevrilmiş HEYDƏR ƏLİYEVin doğum günüdür.

      

 Bu şəxsiyyət haqqında çox yazılıb, kifayət qədər fikir deyilib. Hər bir şəxs öz düşüncə və dərkinə uyğun xarakterizə edib, Heydər Əliyevi. Bu günlərdə də haqqında çoxlu müsbət sözlər səsləndirilir, yazılır.


 Lakin bir həqiqət də var. Zamanla düşünən bir başın, yetkin bir siyasi xadimin qəsdinə duranlar da olub, necə olursa-olsun onu siyasi arenadan uzaqlaşdırmaq istəyənlər də tapılıb. Ömrünün ixtiyar vaxtında xarici informasiya vastələrində yazılan yersiz tənqidlərlə də üz-üzə qalıb. Amma o, nə yolundan, nə də siyasi əqidəsindən geri çəkilib.

 

 Tarix və arxada qoyduğumuz illər göstərdi ki, milli dövlət quruculuğu yolunda əsaslı işlər görməklə, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün diplomatik gedişlər etməklə, əsrin neft kontraktlarını imzalamaqla, Heydər Əliyev müstəqilliyimizə təminat alıb, yağmalanmış torpaqlarmızın bir gün geriyə alınmasının əsasını qoyubmuş.

           

 İkinci Qarabağ müharibəsi sübut etdi ki, sosial-siyasi təsisat iqtisadi amilə əsaslananda özünü doğruldur. Çünki, güclü dövlətlərin maraqlarını milli maraqlarımızla uzlaşdırmağın yolu iqtisadi amildən qaynaqlanır. Yəni Azərbaycanla bağlı səsləndirilən bütün müsbət fikirlərin, əməli işlərin əsası 1994-cü ilin sentyabrında bağlanmış "əsrin müqaviləsi"nin mahiyyətindən doğur. Sonrakı illərdə iqtisadi üstünlük bütün mənalarda ölkəmizlə bağlı öz sözünü deyir. Artıq biz bunu ordu quruculuğunda da sınaqdan çıxardıq.


 Müstəqilliyi Azərbaycanla eyni dövrə təsadüf edən Moldova dövlətinin prezidenti MAYA SANDU ötən ay etiraf etdi ki, ölkəsinin döyüşə hazır ordusu, normal hərbi texnikası yoxdu. Yəni, Moldovanın xarici müdaxilənin təsirinə adekvat cavab vermək imkanları sıfırdır. Pednostroviya kimi münaqişəyə cəlb edilən bir dövlətin hələ də bu vəziyyətdə olmasının səbəbi yəqin ki, düzgün aparılmayan siyasət və bundan qaynaqlanan iqtisadi amildir. Eynilə bu fikirləri münaqişələrə cəlb edilən digər keçmiş postsovet respubilkaları üçün də işlətmək yetərlidir.

  

Heydər Əliyev isə uzun illər sonra çətin vəziyyətdə qalmamaq üçün zərurət kimi, Azərbaycanın iqtisadi dayanıqlılığına əsrin kontraktlarını imzalamaqla təminat aldı. Bu çətin iqtisadi prosesi reallaşdırmaqla rəqibin döyüş meydanında əldə etdiyi nəticəni heçə çıxara bildi. Məsələn, 20 il bundan əvvəl Levon Ter-Petrosyan yazırdı: “Qarabağ məsələsində artıq bizim müttəfiqimiz yoxdur, yeganə müttəfiqimiz xoşagəlməz avanturizmidir. Yeganə yol kompromisə getməkdir. Oturub gözləyə bilmərik. Bir neçə ildən sonra güclənən AZƏRBAYCAN  qarşısında daha zəif olacağıq.”


Bəli,butün bunlar böyük siyasətçinin uzaq perspektivlərə hesablanan siyasi gedişləri idi,özünü bütün mənalarda doğrultdu.Bu Heydər Əliyev dəsti-xətti idi.Utopiyadan,populizmdən uzaq bir şəkildə döyüş meydanında zəfər səlnaməsi yazacaqdı.

 FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi