Hökumətin maliyyə yardımı kimlərə çatacaq? –

Hökumətin maliyyə yardımı kimlərə çatacaq? – İqtisadçılar anti-böhran paketini tənqid etdilər

Koronavirusla bağlı ölkədə yaranmış böhranla bağlı Azərbaycan hökumətinin açıqladığı dəstək paketi birmənalı qarşılanmayıb.

BakuPost.az xəbər verir ki, həmin paketinin böhrandan ziyan çəkən əhalinin böyük bir hissəsinə çatmayacağı bildirilir və hökumətin bu məsləyə yenidən baxması təklif olunur.


Məsələ ilə bağlı iqtisadçı alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib ki, təklif olunan paketlə əhalinin ehtiyaclarını ödəmək mümkün deyil: “Dövlət çətin gündə yoxsula, əlilə, işsizə, pensiyaçıya dəstək olmalıdır. Dövlətin pulları gecə-gündüz demədən çalışaraq alın təri töküb, qazandığının da bir hissəsini büdcəyə vergi verənlərin, pensiya fonduna sosial sığorta haqqı ödəyənlərin hesabına formalaşır. Büdcəyə Neft Fonduna köçürülən əlavə vəsait də xalqın sərvətinin satışından daxil olan renta gəlirləridir. Odur ki, hazırkı çətin şəraitdə dövlətdən kömək ummaq, ondan dəstək gözləmək məntiqli və sosial cəhətdən də ədalətlidir”.




Onun fikrincə, dövlətin borcudur ki, pensiyaçıdan on illərlə aldıqlarının bir hissəsini onlara, hazırda məşğul olanlardan məcburi ödəniş kimi tutduqlarının və neft satışından əldə etdiklərinin bir hissəsini də işsizlərə, yoxsullara, bir sözlə ehtiyacı olan aztəminatlı təbəqəyə qaytarsın: “Dövlət yalnız alan deyil, həm də verən ələ malik olmalıdır. Ona görə də evdə oturub çətin günlərini yaşayanların dövlətdən yardım gözləməsini tamamilə haqlı hesab edirəm”.



İqtisadçı Rövşən Ağayev hesab edir ki, burada əsas problem rəsmi işi və qazancı olmayanların sosial dəstəkdən kənarda qalmasıdır:


“Hökumətin böhranla bağlı dəstək paketinin müzakirəsində hamı haqlı olaraq çox vacib problemə diqqət çəkir - rəsmi işi və qazancı olmayanlar sosial dəstəkdən kənarda qalırlar.


Amma çox vacib bir məqam diqqətə alınmır - problemin tək səbəbi məşğulluğun qeyri-rəsmi olması deyil. Həm də etiraf olunmayan qeyri-rəsmi, gizli işsizlikdir.


Ölkədə 3 mln. qeyri-rəsmi iş yeri ola bilməz. Belə çıxır ki, hər 1 rəsmi iş yerinə 2 qeyri-rəsmi iş yeri düşür. Statistikanı qoyuram kənara - o görməyə bilər (ya da hansısa səbəbdən görmək istəməyə bilər).


Axı bu qədər iş yeri olsa, ən azından bizim yanımızda olmalıdır, gözümüzün qabağında olmalıdır, çoxlu sayda dostlarımız, tanışlarımız, qohumlarımız orda işləməlidir. Halbuki mən öz ətrafımda işləməyən, işi olmayan, işləmək istəsə belə ixtisasına, peşəsinə uyğun işi illərdir tapa bilməyən nə qədər insan tanıyıram. Amma bunların heç birini statistika rəsmi işsiz kimi uçota almır. Hamısı həmin o qeyri-rəsmi məşğullar statistikasındadır. Hökumət üçün rəsmi işszilərin sayının çox olmasındadırsa, qeyr-rəsmi iş yerlərinin sayını çox göstərmək siyasi baxımdan daha əlverişlidir.

Fərz edək ki, ticarətdə, xidmətdə, tikintidə qoy olsun 300-500 min, lap 1 milyon nəfər uçotsuz çalışan. Bəs yerdə qalan 2 mln. nəfər hanı?

Qeyri-rəsmi iş yerlərinin bu qədər nəhəng sayda olacağına dair heç bir arqument inandırıcı görünə bilməz.

Əsas səbəb - ölkədə etiraf edilməyən böyük miqyasda işsizlikdir”.




Ekspert əlavə edib ki, işsizlərin böyük hissəsi Bakı, Sumqayıt və Abşerondan kənarda, əsasən kəndlərdədir:

“Qanunvericilk və ondan çıxış etməyə məcbur qalan statistikamız hətta adambaşına 10-15 sot pay torpağı olan 10 minlərlə kənd adamını ilboyu işləyən sayır. Halbuki bu gün hətta 1 hektar torpağı olan kiçik bir ailənin belə o həcmdə torpaq sahəsindən qazandığı torpaqdan gəlirlərini və becərmə xərclərini çıxdaş edib 12 aya bölsək, bəlkə də rəsmi minimum maaşın yarısı qədər gəlir əldə etdiyi üzə çıxacaq.

Bir də bu şəxsin əmək qabiliyyətli yaşda olmayan 2 övladı da varsa, həmin gəlirləri onların da arasında bölün”.


Rövşən Ağayav bildirib ki, ölkədə bütün işləyənlərin peşələr və iş yerləri üzrə dəqiq statisitkası verilməli, bütün rayonlar üzrə məşğul əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsü açıqlanmalıdır:

“Qeyri-rəsmi məşğulluq, onun leqallaşması vətəndaşın yox, hökumətin məsuliyyətidir. Əgər vergi güzəştləri və sanksiyalar belə problemi həll eləmirsə, demək mübarizə və həll üçün reseptlər (mexanizmlər) doğru seçilməyib. Ən əsası diaqnostikası düzgün aparılmayıb. Xəstəlik sağalmırsa, mütləq və ilk öncə diaqnostikaya bir də baxacaqsan”.


O, elektrik enerjisinə görə nəzərdə tutulan güzəştlər barəsin də də danışıb. Bildirib ki, bu güzəştlər aztəminatlı ailələrin büdcəsinə təsiri olmayacaq: “Hazırda bizdə tarif belədir: ayda 300 kv. saata qədər istehlak üçün əhali 7 qəpiklə, 300 kv.saatdan artıq hissə üçün 11 qəpiklə ödəniş edir.


Aşağı istehlak bir qayda olaraq və ağırlıqlı olaraq kiçik ölçülü mənzilə malik aztəminatlı ailələrdə müşahidə edilir.

Daha ədalətli yanaşma o olardı ki, ən azından 150-350 kv.saat intervalı götürələrdi”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər