
İran ABŞ-nin Bəhreyndəki aviabazasını vurub
İranın dövlət mediası ABŞ-nin Bəhreyn ərazisində yerləşən hərbi obyektinə raket zərbəsi endirildiyini iddia edib.
Məlumata görə, hücum Manama yaxınlığındakı Şeyx-İsa aviabazası istiqamətində həyata keçirilib. İranın “Fars” agentliyinin yaydığı videoda uzaq məsafədəki hədəflərə doğru atılan raketlərin görüntüləri əks olunub.
İddia olunur ki, zərbə İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH tərəfindən dron və raketlərin kombinasiyası ilə endirilib. İran mediası hücum nəticəsində aviabazada komanda məntəqəsi və qərargah binasının dağıdıldığını, həmçinin yanacaq çənlərində partlayış baş verdiyini bildirir.
ABŞ tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti vətəndaşlarına Bəhreyni, eləcə də Yaxın Şərqin bir sıra ölkələrini dərhal tərk etməyi tövsiyə etmişdi.












Bu xəbər üçün şərh yazın