Ukrayna SQ-nin Quru Qoşunlarının yeni komandanı...

Ukrayna SQ-nin Quru Qoşunlarının yeni komandanı... 

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub.

Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün Teleqram kanalında yazıb.

O bildirib ki, sözügedən vəzifəni bundan sonra Aleksandr Pavlyuk icra edəcək.

Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi