Vatsapa gözlənilən funksiya əlavə edildi

Vatsapa gözlənilən funksiya əlavə edildi 

Vatsap mesajlaşma tətbiqinə yeni funksiya əlavə edilib.

İndi eyni anda iki Vatsap hesabından istifadə etmək mümkün olacaq.  

"Bu o deməkdir ki, hər dəfə hesabdan çıxmağa və iki telefon gəzdirməyə ehtiyac qalmayacaq", - platformanın açıqlamasında bildirilir.

Qeyd edilir ki, ikinci hesab yaratmaq üçün istifadəçiyə əlavə telefon nömrəsi lazımdır. Vatsap parametrlərini açmalı, istifadəçi adının yanındakı oxa klikləyib “Hesab əlavə et” seçmək kifayətdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi