Unikal saxtakarın unikal jurnalı - Ruşan Ruşanzadə

Unikal saxtakarın unikal jurnalı - Ruşan Ruşanzadə 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın sabiq elmi işçisi, AYB-nin üzvü Ruşanzadə Ruşan Ələmşah oğlu saytlara adı bir çox qalmaqallarda hallanan,AMEA Fəlsəfə İnistitunun sabiq elmi işçisi ,hazırda barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilən Xaliq Mehman oğlu Əhmədzadə barəsində "Unikal saxtakarın unikal jurnalı" başlıqlı məqalə göndərib. Faktinfo.az həmin məqaləni oxucularına təqdim edir:

Əziz  və hörmətli KİV nümayəndələri !

Diqqətinizə çatdırım ki, milyonçu kimi öyünən, günahsız insanların üznə qadın qoyub şər-böhtanla öz mənfur məqsədlərinə çatan Xaliq Mehman oğlu Əhmədzadə barəsində Məhkəmə sanksyasına əsasən həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı ictimayətə məlumat vermişdim və bununla bağlı müsahibəm də dərc edilmişdi. Onu da bildirim ki, barəsində həbs qəti-imkan tədbiri seçilən həmin şəxs Kürdəxanı həbsxanasında saxlanılır və onun törətdiyi qanun pozuntuları Baş Prokurorluğun A.C.İ.İdarəsinin mühüm işlər müstəntiqi tərəfindən araşdırılır. Hətta 08.09.2016-cı ildə Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməmiş, sanksya öz quvvəsində saxlanılmışdır.

Bir müddətdir ki, KİV-də, elektron saytlarda dərc edilən məlumatların başlığında hələ də bir zaman onun özü tərəfindən ictimailəşən "hüquq üzrə fəlsəfə doktoru", AMEA-nın "şöbə müdiri" və s. uydurma titullar və saxta statuslar ictimayətə təqdim edilməkdədir. Hətta narazılıqla qeyd etmək istəyirəm ki, şəxsən mənim axrıncı müsahibəmin də başlıq və müqəddiməsində həmin saxta titullar təqdim edilib. Bu qeyri-düzgündür. Ona görə ki, o titullar qeyri-dəqiqdir. Bu baxımdan dəqiqlik üçün iki məqamı qeyd etməliyəm.

I. Xaliq Mehman oğlu Əhmədzadə adlı şəxsin hüquq üzrə heç bir alimlik dərəcəsi yoxdur. (Bunu AAK-ın saytından da dəqiqləşdirmək mümkündür). Eyni zamanda həmin şəxs AMEA-da şöbə müdiri vəzifəsini daşımayıb.

II. Məsələnin qeyri düzgünlüyü onun AMEA ilə bağlı təqdim edilməsidir ki, bu məni çox narahar edir.

Əlbəttə, mən hörmətli jurnalistləri başa düşarəm. Onlar bir tərəfdən X.Əhmədzadəni bie vaxtlar özünü təqdim etdiyi kimi tanıyıblar. Digər tərəfdən də istəyirlər ki, bu təqdim diqqət çoxluğuna səbəb olsun və oxucu əhatəsini genişləndirsin. Bununla belə, mən xahiş edərdim ki, çox şərəfli peşə sahibləri təkcə bu məsələyə deyil, ümumiyyətlə bütün

hadisələrə dair informasiyalara yaradıcı yanaşsınlar və hansısa bir mətni hansısa saytdan necə varsa götürüb elə də təqdim etməsinlər.

O, həqiqətən də "peşəkar" yalançı və "ixtisaslaşmış" saxtakar idi. Ona görə də onun əməlləri yalnız Milli Elmlər Akademiyası kontekstində olmayıb, ictimai həyatın bir çox sahələrində bir çoxlarına (sahibkarlara, idmançılara, jurnalistlərə) qarşı törədilib və çoxsaylı insanlar ondan zərər çəkib. Başqa sözlə, Akademiyanın iş fəaliyyəti Xaliqin və onun qruplaşmasına aid olan xaliqlərin hərəkətləri ilə əlaqələndirilməməlidir. Bununla belə şəxsən mənim üçün arzuediləndir ki, hörmətli KİV nümayəndələri imkan olduqca Milli Elmlər Akademiyasının nailiyyətlərini də işıqlandırsınlar. Məsələn, yeri gəlmişkən vurğulayım ki, ötən bu yaxın aylarda AMEA-nın magistraturasından ilk məzun olan gənc mütəxəssislərə diplom təqdim edilməsi ilə əlaqədar təntənəli tədbiri keçirildi. Bu, həm Akademiyanın tarixində, həm də ölkənin ictimai həyatında mütərəqqi bir hadisədir. Gənclərin elmə sövq edilməsi, məzunların müxtəlif ixtisaslarla elmin növbəti pillələrinə addım atmasına stimul yaradan haldır. O ki, qaldı Fəlsəfə İnstitutuna, baxmayaraq ki, son illər institut yalnız Xaliqin törətdiyi qanuna zidd olan olaylarla gündəmə gəlmişdir, lakin bununla belə institutda bir sıra zəruri və yararlı işlər görülmüşdür. Bu işlər üç istiqamətdə izah edilə bilər.

I. Elmi əsərlər və monoqrafiyalar.

Bu baxımdan fəl.e.d.prf. Əbülhəsən Abbasovun "Milli maraqlar və milli ideologiya", "İnsan hüquqları və ictimai rəy", fəl.e.d.prf. İlham Məmmədzadənin "Bir daha fəlsəfə haqqında", "Mədəniyyətlər arası dialoq", fəl.e.d. əməkdar elm xadimi Rəfiqə Əzimovanın "Orta sinif", "İnsanşunaslıq XXI əsrin elmidir", kitablarını, Siyasi nəzəriyyələr şöbəsinin "Siyasi elmin aktual problemləri" adlı ardıcıl və cöxsaylı nəşr edilən toplusunu, “Müasir fəlsəfənin problemləri” şöbəsinin müxtəlif adda çoxsaylı toplularını və üzr bildirərək adlarını çəkmədiyim başqa alimlərin bir sıra kitablarını nümunə göstərmək olar.

II. Tədbirlər və konfranslar.

Bu istiqamətdə xalqımızın qan yaddaşına, milli taleyinə, əlamətdar tarixi günlərinə dair təşkil edilən tədbirləri, vaxtaşırı olaraq çoxsaylı xarici ölkə alimərinin iştirakı və məruzəsi ilə keçirilən Respublika və beynəlxalq elmi konfransları göstərmək olar.

III. Mütəxəssis yetişdirmə.

Deyə bilərəm ki, son illərdə müxtəlif indeksli dissertasiyaların çoxsaylı müzakirə və müdafiə iclasları keçirilib.

İndi isə verdiyim başlığa uyğun olaraq Fəlsəfə İnstitutunda ictimailəşmiş faktlar əsasında təhlillər aparacam.

2013-cü ilin baharında mən direktorun qəbuluna gedəndə onun köməkçisi Yaqut xanımla üzbə-üz əyləşən və təhqiramiz ifadələrdən istifadə edərək "... başının açıq olduquna görə saçından tutub səni cəhənnəmə sürüyəcəklər" deyərək qarşısındakı insanı dinin tələblərinə əməl etməməkdə suçlayan bir şəxsi gördüm. Belə bir münasibət, xüsusilə altmış yaş həddindəki bir xanıma qarşı olan davranış forması məni cox incitdi. Əlbəttə, mən onu tanımırdım və ilk dəfə görürdüm. Qadına qarşı belə hərəkətinə görə "sənə kim ixtiyar verib ki,

anan yaşda bir xanımla belə davranırsan ?!" dedim və onu ədəbə dəvət etdim. Lakin o aşırı təkəbbürlü olduqu üçün məni də təhqir etməkdən çəkinmədi... (Əlbəttə, həmin hadisə Yaqut xanımın yadındadır və həmin vaxt qapı açıq olduğndan otaqda baş verənləri görən, bu gün də xatırlayan yoldaşlar var).

Bundan bir müddət sonra "Gənclər Şurası"-nın idarə heyətinin tərkibi və sədri yenidən secilməli idi. Həmin seçki iclasında onu yenidən gördüm və yoldaşlardan aldığım məlumata görə məlum oldu ki, o, Naxcıvan M.R. Babək rayon Cəhri kəndində doğulan 1974-cü il təvəllüdlü Xaliq Mehman oğlu Əhmədzadədir. İclas başladı, o, söz alıb özünəməxsus tərzdə Azərbaycanın bir sıra görkəmli ziyalıları ilə yaxın dostluq münasibətləri zəminində uydurmalarla çıxış edərək kollektivə özünü "elm fədaisi olan milyonçu" kimi təqdim etdi və "Unikal adlı dünya çaplı jurnal" təsis edəcəyi iddiasıyla gənclik şurasının idarə heyətində təmsil olunmaq məqsədini açıqladı. Nəhayət, mənə söz veriləndə bildirdim ki, AMEA-nın əsasnaməsinə və nizamnaməsinə görə gənclər şurasının üzvüləri 35- yaş həddində olan əməkdaşlar təşkil edilə bilər. Yəni, bu o demək idi ki, 2013-cü ildə 39- yaşı olan Xaliq həmin şurada təmsil oluna bilməz. Əks təqdirdə, institutda sosial ədalət pozular və bu, şurada təmsil olunmayan 36-39 yaşlı çoxsaylı əməkdaşlara qarşı hörmətsizlik olar.

Sonralar "unikal saxtakarın =Unikal= jurnalı" nəşr edildi. Amma necə?! İlk addımından yalan və saxtalıq üzərində. Belə ki, həmin jurnalın təsisçisi, Azərbaycan Republikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdiyi sənəddə özünü texniki elmlər namizədi Xaliq Mehman oğlu Əhmədzadə deyil, saxta olaraq, hüquq üzrə fəlsə doktoru Hacı Xaliq Bəşər kimi təqdim etmişdir. (Yaxından tanıyanlar yaxşı bilir ki, mən qətiyən təsadüfi fikir səsləndirməmişəm. Ona görə də mənbədə olan faktı göstərmək istəyirəm). Bu fakt, AAK-ın çap olunan "elmi və elmi-pedoqoji işçilərin attestasiyasına dair normativ sənədlər" toplusunda əks olunub. (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bülleteni, №1, "Elm", Bakı-2015, 48 səh. 665 (07) - 2015.)

Onun növbəti bir saxtakarlığı, Fəlsəfə İnstitutunda törətdiyi qanun pozuntularına qarşı ictimailəşmiş haqlı çıxışların, etirazların qarşısının alınması və özünü "qızıl suyuna çəkilmiş" şəxs kimi təqdim və təbliğ etmək üçün institut direktoru İlham Məmmədzadənin adından bəyanat yayması oldu. Xaliqin özü tərəfindən yazılan və ictimailəşən həmin bəyanatı aşağıdakı elektron ünvanda izləmək mümkündür. qlobal.az/professor-İlham-Memmedzade-beyanat-yaydı/ (11 mart 2016.19:00).

Hətta elə o vaxtlardan Xaliq vikipediyada və ictimai həyatda özünü "hüquq elmləri doktoru" kimi təbliğ edirdi. Sübut üçün deyə bilərəm ki, 15.01.2017-ci ildə Xəzər televiziyasında “Səni axtarıram” proqramında ekspert qismində çıxış edən Xaliq Əhmədzadə alt yazıda saxta olaraq “hüquq elmləri doktoru” kimi təqdim edilmişdir. Bu fakt, Xaliqin həm Xəzər televiziyası rəhbərliyini və əməkdaşlarını, həm də ölkə ictimayətini aldatdığı saxtakarlıq nümunələrindən biridir.

Həmin bəyanat yayılan gün mən onu mətn halında çıxarıb (yeri gəlmişkən qeyd edim ki, 29 cümləlik mətndə 3 dəfə "şöbə müdiri", 3 dəfə "hüquqşunas alim" olmaqla 12 dəfə Xaliq Əhmədzadə adının çəkilməsi bəlli edirdi ki, bunu kim yazıb) üzərində

analitik təhlil tələblərinə uyğun surətdə qeydlər apardım və İlham müəllimlə görüşüb onu hadisədən agah elədim...

Biz məsələyə dair xeyli müzakirə etdik. İlham müəllim bir qədər düşündükdən sonra "Ruşan fikir vermə" dedi. Onda mənə aydın oldu ki, o, dözümlülük prinsipini rəhbər tutub, Xaliqə münasibətdə müəllim müstəvisində dayanıb və onu cəzalandırmaq deyil, tərbiyyələndirmək mövqeyini seçib. Həqiqət naminə deyim ki, bu ən çətin, eyni zamanda, elmi mühitin missiyas nöqteyi-nəzərdən və ziyalılıq baxımdan bəlkə də ən optimal seçim idi. Başqa sözlə, cahili kamilliyə doğru aparmağın özüdə bir yaradıcılıqdır. Əlbəttə, bu mənim baxışımdır və İlham müəllimin sərt tədbir görməməsini hər halda mən (həmin vaxt) belə xarakterizə etmişdim. Lakin mənə həm də o aydın idi ki, İlham müəllimin bu mövqeyi Xaliq tərəfindən öz mənasında dərk edilməyəcək, qiymətləndirilməyəcək, və gözlənilən onda hasil olmayacaq. Fikrimi dahi Məhəmməd Füzulinin "Olmaz" qəzəlindəki bir beytlə əsaslandırmaq istərdim:

Hər kimin zatında varsa şərarət küfri,

İstilahi ülum ilə müsəlman olmaz...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi