Dünya ölkələri 4 günlük iş rejiminə keçir,əmək müfəttişliyi isə...

Dünya ölkələri 4 günlük iş rejiminə keçir,əmək müfəttişliyi isə... 

Faktinfo.az-a İlkin Məmmədkərimov məktub göndərib.Onun şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeritdiyi əmək siyasəti ilə bağlıdır. Məlum fikirləri təqdim edirik:

Bildiyiniz kimi Azərbaycan Respublikası Əmək məcəlləsinə görə,həftəlik 5 gün olmaqla 40 saatlıq iş həftəsi tətbiq olunur. Ancaq bu qanun bəzi sahələrdə çalışan vətəndaşlar üçün kağız üzərindədir.Belə ki, əmək məcəlləsinin pozulması adi hal alıb.İstər özəl istərsədə dövlət müəssisələrində gündəlik 10-12 saat həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır.Məsələn,supermarketlər, geyim mağazaları bir neçə işçinin işini bir şəxsə gördürməsi  heç kimə sirr deyil. Əmək bazarında bu biabırçı vəziyyəti dəfələrlə media ictimailəşdirsə də  təssüf ki, dəyişən heç nə yoxdur. 

Bildiyiniz kimi ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçir.Yəni insanlar həftənin yarısını işləyib,yarısını istirahət etsələr də bizdə bu mümkünsüz görünür. Nəinki 4 günlük iş rejiminin tətbiqindən söhbət gedir, heç 5 günlük,həftəlik 40 saatlıq iş həftəsinə əməl edilmir,işçilər həftəlik 60-70 saat çalışdırılır.

Beynəlxalq xəbərlərə görə, artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib.Qərb ölkələrindən başqa keçmis Sovetlər Birliyi ölkələri də  4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldovada 4 günlük iş rejiminə keçəcək.Artıq Gürcüstan, Özbəkistan kimi ölkələr də 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər.

 Azərbaycan Dövlət Əmək Müfəttişliyi isə bildirir ki, 5-6 ildir hökümətin qərarı və sahibkarlığa dəstək məqsədi ilə dövlət müəssisələrdə yoxlamaları dayandırıb, ona görə də vətəndaş çalışdığı iş yerində istismar edilirsə rəsmi olaraq bizə müraciət etsin,biz də qanunvericiliyə uyğun olaraq həmin işəgötürəni cərimələyək.Yəni burada ortalama 400-450 manat maaş alan bir işçi öz işini itirməyi bilib, Dövlət Əmək Müffətişliyinə şikayət edəcəyi ağlabatan görünmür. Dövlət Əmək Müfəttişliyi həmin işəgötürəni cərimə edəndən bir müddət sonra şikayət etmiş  işçi isə yaxşı halda işdən çıxarılacaq, digər variantda  isə  Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən kənarlaşdırılacaq.Belə hallar çoxdur və son illər əmək məcəlləsinin 70 Ç maddəsi ilə işdən çıxardılanların say-hesabı yoxdur.

Bütün mənalarda bir nəticəyə gəlmək olmur,yəni işimiz Allaha qalıb!



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi